Yuxarı
    Bağlamaq

    Mikayıl Cabbarov: "Bəzi fənlər üzrə dərsliyin yaradılması üçün maraq göstərən tərəf yoxdur"

    Təhsil Nazirliyi dərsliklərlə bağlı hökumətə təkliflər təqdim edib

    Bakı. 15 dekabr. REPORT.AZ/ "Dərsliyin yaradılması üçün təklif belə verilməyən fənlərimiz var. 2012-ci ildə 2 fənn üzrə, 2013-cü ildə 3 fənn üzrə, 2014-cü ildə VII sinifdə 1, VIII sinif üçün 2 fənn üzrə ümumiyyətlə təklif verilməyib". "Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov elektron resursların təqdimat mərasimində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, həmin fənlər əsasən xarici dillər (alman, fransız, bəzi hallarda rus dili) üzrədir: "Bu da o deməkdir ki, mövcud çərçivədə şagird tədris proqramı təsdiq olunub, şagird məktəbə gəlməli və dərslik olmalıdır. Lakin mövcud çərçivədə dərsliyin yaradılması üçün maraq göstərən tərəf yoxdur".

    Bunu Təhsil Nazirliyinin, eləcə də təhsil sisteminin üzərinə qeyri-adi çağırış qoyduğunu vurğulayan M.Cabbarov əlavə edib ki, təklif olmadığı halda belə dərslik bir neçə aydan sonra məktəbdə olmalıdır: "Hamımız konteksti bilməliyik və bunun səbəbləri ayrıca müzakirə olunmalıdır. Bu sistemin kifayət qədər ciddi islahata ehtiyacı var və mövcud nəticələrdən dərs çıxarmamaq qeyri-mümkündür".

    Nazir, həmçinin qeyd edib ki, dərslikləri birmənalı şəkildə ən yaxşı mütəxəssislər hazırlamalıdır: "Heç də hər bir halda öz sahəsində ən yaxşı olan mütəxəssis yaxşı dərsliyin yaradılması üçün və yaxud bu gün təhsil sistemində tətbiq olunan prinsiplər üzərində tədris materialının çatdırılması cavabını gözləyən suallardır. Bu məsələdə Təhsil Nazirliyinin və təhsil sisteminin rolu həmin müəlliflərin müəyyənləşdirilməsi və onlara lazım olan alətlərin təqdim edilməsindən ibarətdir. Bu istiqamətdə təhlilləri həyata keçirib müvafiq təklifləri hökumətə təqdim etmişik. Ümid edirik ki, yaxın zamanlarda dərsliklərin yaradılması texnoloji prosesində yeni nailiyyətlər əldə edəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi