​Mikayıl Cabbarov: “Azərbaycanda 2020-ci ilə qədər 12 illik orta təhsil sisteminə keçid nəzərdə tutulub”

​Mikayıl Cabbarov: “Azərbaycanda 2020-ci ilə qədər 12 illik orta təhsil sisteminə keçid nəzərdə tutulub” Səfir: “Hesab edirəm ki, Azərbaycanda bu sahədə müsbət mənada inkişaf hiss olunur”
Elm və təhsil
25 May , 2015 10:15
​Mikayıl Cabbarov: “Azərbaycanda 2020-ci ilə qədər 12 illik orta təhsil sisteminə keçid nəzərdə tutulub”

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Bakıda Asiya İnkişaf Bankı ( AİB) və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 12 illik təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda regional forum keçirilir. “Report”un xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov çıxışında deyib ki, konfrans regionda təhsil sistemlərinin yaxşılaşdırılması vasitəsilə insan resurslarının inkişaf etdirilməsi mövzusunda regional dialoqun aparılmasına təkan verəcək: “Yeni təhsil sisteminin qurulmasında əsas məqsəd təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, təhsili hər kəs üçün əlçatan etməkdir”.

Nazir xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 12 illik təhsil sisteminə keçidlə bağlı müddəa yer alıb: “Bununla yanaşı, Azərbaycanın 2020-ci ilə qədər milli inkişaf strategiyasında 12 illik orta təhsil sisteminə keçid və şagirdlərin 16 yaşına qədər məcburi məktəbdə oxumaları nəzərdə tutulur”.

Konfransda iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaxas iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb: “Cəmiyyətin əsas inkişafı üçün təhsil sahəsinin yüksək səviyyədə qurulması vacib amillərdəndir. Hesab edirəm ki, Azərbaycanda bu sahədə müsbət mənada inkişaf hiss olunur”.

Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Uilkinson və digər çıxışçılar da 12 illik təhsil sistemi ilə bağlı fikirlərini bildirib.

Forum mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi