Mikayıl Cabbarov: "Assosiasiyasının yaradılması Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təkan verəcək"

Mikayıl Cabbarov: "Assosiasiyasının yaradılması Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təkan verəcək" Təhsil naziri: "Assosiasiya hər iki tərəfin xeyrinə olacaq"
Elm və təhsil
20 Noyabr , 2015 17:19
Mikayıl Cabbarov: Assosiasiyasının yaradılması Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təkan verəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ "Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətlərindən danışırıqsa, münasibətlərimiz təkcə təhsil sektoruyla məhdudlaşmayacaq".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov cümə günü jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünən Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nümayəndələri arasında görüş keçirilib.

"Bu, Rusiya və Azərbaycan arasında mövcud olan münasibətlərin dərinliyini və potensialını əks etdirir. Assosiasiyasının yaradılmasının əsas məqsədi əməkdaşlığın inkişafına təkan vermək və maksimal dərəcədə dərin əməkdaşlığın inkişafında tələbələrimiz, professorlarımız, müəllimlərimizə iştirak imkanı yaratmaqdır. Bu, hər iki tərəfin xeyrinə olacaq, ölkə iqtisadiyyatı, insan kapitalı üçün əlavə effekt olacaq. Eyni zamanda, bu, Azərbaycanla Rusiya arasındakı əlaqələrin ruhunu əks etdirən elm və təhsil layihələrinin inkişafına da yardım edəcək".

Son xəbərlər

Orphus sistemi