Bakı. 25 may. REPORT.AZ/ "12 illik təhsil sisteminə keçidə mexaniki keçid kimi baxmaq və bu cür təqdim etmək kifayət qədər sadələşdirilmiş bir yanaşma olardı. Məhz bu keçiddən gözlədiyimiz nəticələrə nail olmaq məqsədilə hazırda
Onun sözlərinə görə, Azərbaycanda 12 illik təhsil sisteminin tətbiq edilməsi üçün müəyyən zaman tələb olunur: "Bu prosesə o zaman başlanılacaq ki, seçdiyimiz yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslandığına tam əmin olaq. Təbii olaraq belə bir proses və keçid həm təhsil sisteminin fəaliyyət formasının və formatının dəyişdirilməsinə, həm də dövlət və cəmiyyət tərəfindən lazım olan resursların cəlb edilməsi ilə müşahidə olunmasına gətirib çıxaracaq".
Nazir xatırladıb ki, Azərbaycanda "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik təhsilə keçid nəzərdə tutulub: "Ümumilikdə bu, hazırda dünyada universal bir minimum müddət kimi müəyyəşləşdirilmiş bir müddətdir. Ötən həftə keçirilən Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bir daha öz əksini və təsdiqini tapıb".