Yuxarı

​Məşhur astrofizk Andre Braqiç vəfat edib

O, Neptun planeti ətrafında halqanı kəşf edənlərdən biri idi

Bakı. 16 may. REPORT.AZ/ Fransada ömrünün 73-ci ilində məşhur astrofizik Andre Braqiç vəfat edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Braqiç Neptun planeti ətrafında halqanı kəşf edənlərdən biri idi.

O, həmçinin Saturn planeti ətrafında məşhur halqaları öyrənməklə məşğul olurdu. Paris Universitetinin professoru olan Braqiç "Kassini" və "Voyacer" kosmik apparatlarının göndərilməsində NASA-ya kömək edib.

1990-cı ildə 3488 saylı asteroid onun şərəfinə adlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi