Mənsum İbrahimov: "Bəzi televiziya aparıcılarının danışıqlarında qüsur var"

Mənsum İbrahimov: "Bəzi televiziya aparıcılarının danışıqlarında qüsur var" Bakı. 19 oktyabr. REPORT.AZ/ Telekanallarımızın çox olması müsbət haldır. Amma qeyri-peşəkar aparıcılarımız var ki, belə olduğu halda dilimizi qorumaq çətinləşir.
Elm və təhsil
19 Oktyabr , 2018 12:36
Mənsum İbrahimov: Bəzi televiziya aparıcılarının danışıqlarında qüsur var

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Telekanallarımızın çox olması müsbət haldır. Amma qeyri-peşəkar aparıcılarımız var ki, belə olduğu halda dilimizi qorumaq çətinləşir".

"Report" xəbər verir ki, bunu xalq artisti Mənsum İbrahimov Nəsimi adına Dilçilik İnstitutunda keçirilən “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda tədbirdə deyib.

O bildirib ki, bəzi televiziya aparıcılarının danışıqlarında qüsur var, ədəbi dil qaydalarına riayət etmirlər, yad sözlərdən çox istifadə edirlər: "Bu səhvləri bəzən müasirlik kimi qəbul edirlər, amma, bu, doğru deyil. Hər kəs özü işinin peşəkarı olmalıdır".

Xalq artisti qeyd edib ki, ana dilinin qorunması üçün geniş təbliğat aparılmalıdır.

Son xəbərlər

Orphus sistemi