"Mən Azərbaycanlıyam" adlı milli-bilik yarışmasının VII mövsümünün qalibləri mükafatlandırılıb

"Mən Azərbaycanlıyam" adlı milli-bilik yarışmasının VII mövsümünün qalibləri mükafatlandırılıb Bakı. 29 noyabr. REPORT.AZ/ Mən Azərbaycanlıyam adlı milli-bilik yarışmasının VII mövsümünün qalibləri mükafatlandırılıb.
Elm və təhsil
29 Noyabr , 2017 15:47
Mən Azərbaycanlıyam adlı milli-bilik yarışmasının VII mövsümünün qalibləri mükafatlandırılıb
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ "Mən Azərbaycanlıyam" adlı milli-bilik yarışmasının VII mövsümünün qalibləri mükafatlandırılıb.

"Report" xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və digər rəsmilər iştirak edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, məqsəd gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.

Bildirilib ki, bu il yanvarın 1-dən başlanan VII mövsümdə iştirak etmək üçün 7500 gənc qeydiyyatdan keçib. Finala 40 nəfər seçilib. Mövsüm ərzində bölgələrdən gələn yarışmacıların sayı çox olub. Bu mövsümdə daha çox ali təhsil ocaqlarının tələbələri iştirak edib. Onlar içərisində ən fəal və uğurlu iştirakçılar Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyasından olub.

Qeyd edək ki, 2010-cu ildən həyata keçirilən bilik yarışmasında ümumilikdə 35 000 nəfərdən artıq gənc qeydiyyatdan keçib. Onlardan 2 800 nəfəri oyunda iştirak edib, 280-i oyundan qalib kimi ayrılıb, 7 nəfər ilin qalibi olub, 21 nəfər isə ikinci yerə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi