Memarlıq və İnşaat Universitetində "Açıq qapı" günü keçiriləcək

Memarlıq və İnşaat Universitetində "Açıq qapı" günü keçiriləcək Görüşdə universitetlə tanışlıq, professor-müəllim heyəti ilə söhbətlər, ixtisaslar və onların respublika üçün əhəmiyyətindən danışılacaq
Elm və təhsil
18 May , 2016 21:17
Memarlıq və İnşaat Universitetində Açıq qapı günü keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universiteti I, II və V ixtisas qrupuna daxil olmaq istəyən abituriyentləri mayın 21-i saat 11.00-da təşkil olunacaq "Açıq qapı" gününə dəvət edir.

"Report" Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi səhifəsinə istinadən xəbər verir ki, görüşdə universitetlə tanışlıq, professor- müəllim heyəti ilə söhbətlər, ixtisaslar və onların respublika üçün əhəmiyyətindən danışılacaq.

Əlaqə telefonları: (012) 538-94-63 , (012) 539-07-25

Son xəbərlər

Orphus sistemi