Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə Zaqatalada vətəndaşları qəbul edəcək

    Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər© Report.az

    Bakı. 20 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.

    DİM-dən "Report"a verilən məlumata görə, qəbulda Balakən, Zaqatala, Qax, Şəki rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

    Qəbul iyulun 28-də saat 12:00-da Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. 

    Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə (Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.

    Bundan əlavə, Balakən, Zaqatala, Qax rayon Təhsil Şöbələrində 20 – 27 iyul 2017-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

    Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi