Məleykə Abbaszadə Yardımlıda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Yardımlıda vətəndaşları qəbul edəcək Qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayon sakinləri iştirak edə bilərlər
Elm və təhsil
9 İyun , 2015 13:34
Məleykə Abbaszadə Yardımlıda vətəndaşları qəbul edəcək

Bakı. 9 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

TQDK-dan "Report"a verilən xəbərə görə, qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayon sakinləri iştirak edə bilərlər.

İyunun 19-da saat 12:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək qəbula getmək istəyən vətəndaşlar Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya TQDK-nın Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara rayon təhsil şöbələrinə, eləcədə TQDK-nın Lənkəran Regional Bölməsinə müraciətə etməlidir. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi