Məleykə Abbaszadə: “Yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq”

Məleykə Abbaszadə: “Yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq” Bakı. 28 noyabr. REPORT.AZ/ “Biz öz işimizlə əlaqədar ictimaiyyətdən çox olmasa da, şikayətlər alırıq. Ancaq biz o şikayətləri əks əlaqə kimi qəbul edirik”.
Elm və təhsil
28 Noyabr , 2018 13:39
Məleykə Abbaszadə: “Yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq”
Report/Elchin Murad / Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

Bakı. 28 noyabr. REPORT.AZ/ “Biz öz işimizlə əlaqədar ictimaiyyətdən çox olmasa da, şikayətlər alırıq. Ancaq biz o şikayətləri əks əlaqə kimi qəbul edirik”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Müəllimlərinin XV Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, DİM üzərinə düşən missiyanın səmərəliliyini təmin etmək üçün proses iştirakçıları ilə sağlam əlaqə yaratmağı vacib sayır: “Bu prosesdə müəllimlərin də müstəsna rolu var. Hesab edirik ki, prosedurların şagird və valideynlərə izah olunmasında, nəticələrin düzgün təqdim olunmasında, uşaqların zəif və güclü cəhətlərinin müəyyən olunmasında müəllimlərin yaxından iştirakı vacibdir”.

M.Abbaszadə əlavə edib ki, builki imtahan kampaniyası ərzində DİM-ə 2417 yazılı müraciət daxil olub: “Bu da iştirakçıların sayının 0.3 faizini təşkil edir. Bu cür əks əlaqələr prosesin daha da təkmilləşməsinə kömək edir. Lakin onu da qeyd edim ki, biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq. Təəssüf ki, bəzən müəllim adını daşıyan bəzi şəxslər də bu tipli proseslərdə iştirak edirlər. Təbii ki, biz bu cür halların qarşısını alırıq və belə əməllərə hüquqi qiymət verilməsini təmin edirik”.

Son xəbərlər

Orphus sistemi