Məleykə Abbaszadə Xızı şəhərində vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Xızı şəhərində vətəndaşları qəbul edəcək Qəbul Heydər Əliyev Mərkəzində keçiriləcək
Elm və təhsil
18 Avqust , 2015 17:03
Məleykə Abbaszadə Xızı şəhərində vətəndaşları qəbul edəcək

Bakı. 18 avqust. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Xızı şəhərində vətəndaşlarla görüş keçirəcək. Bu barədə "Report"a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul avqustun 28-də saat 11:00-da Xızı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Xızı rayonunun sakinləri ilə yanaşı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan və Şuşa rayon və şəhərlərinin sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Xaçmaz regional bölməsinə (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç, 7b; Tel: (023) 325-01-21) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Xızı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan və Şuşa rayon və şəhər Təhsil Şöbələrinə də avqust 19-27-də (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi