Məleykə Abbaszadə Ucarda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Ucarda vətəndaşları qəbul edəcək Qəbul rayonda yerləşən Heydər Əliyev Mərkəzində olacaq
Elm və təhsil
10 Noyabr , 2015 11:00
Məleykə Abbaszadə Ucarda vətəndaşları qəbul edəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 20-də Ucar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Qəbulda Ucar, Kürdəmir, Ağsu, Göyçay rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə müraciət etməlidirlər.

Bundan əlavə, qəbulda iştirak etmək istəyən vətəndaşlar Ucar, Kürdəmir və Ağsu rayon Təhsil Şöbələrinə 10 -19 noyabr tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) qeydiyyat üçün müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.   

Son xəbərlər

Orphus sistemi