Məleykə Abbaszadə Şamaxıda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Şamaxıda vətəndaşları qəbul edəcək Qəbulda Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayon sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər
Elm və təhsil
9 Fevral , 2016 10:34
Məleykə Abbaszadə Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı. 9 fevral. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şamaxıda vətəndaşları qəbul edəcək.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş fevralın 19-u saat 11:00-da Şamaxı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayon sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə müraciət edə bilərlər. 

Bundan əlavə, qəbulda iştirak etmək istəyən vətəndaşlar Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayon Təhsil Şöbələrinə fevralın 10-18-də (şənbə, bazar və bayram günləri istisna olmaqla) qeydiyyat üçün müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi