Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: "Keçən il bir e-mail ilə 200 nəfər abituriyent qeydiyyatdan keçib"

    DİM sədri valideynlərə müraciət edib

    Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərin "Şəxsi kabineti" ilə bağlı yaranan bəzi problemlərə görə valideynlərə müraciət edib.

    "Report"un xəbərinə görə, M.Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, uzun illər ərizə qəbulu zamanı çox vaxt valideynlərin öz uşaqlarına etibar etmədikləri  müşahidə edilir.

    O bildirib ki, bəzən valideynlər ərizə vermək qaydalarını özgə şəxslərə həvalə edirlər: “Bu günə qədər elektron ərizəni dolduran şəxsdən onunla əlaqə saxlamaq üçün əlaqə nömrəsi və elektron poçt ünvanı (e-mail) istəyirik. Keçən il bizdə olan bazaları araşdıranda müəyyən etdim ki, bir poçt ünvanı ilə 200 nəfər abituriyent əlavədədir. Bu, qeyri-adi haldır. Biz bunu araşdırdıq və aydın oldu ki, burada nəsə neqativ bir hal yoxdur. Müəyyən oldu ki bu, yalnız hansısa internet klubunun poçt ünvanıdır. Bu, o deməkdir ki, valideyn özü ərizəni doldurmayıb. O əlaqə ünvanı kimi hansısa internet klubunun poçt ünvanını göstərib. Belə olan halda isə tamamilə təsadüfi şəxs həmin abituriyentin şəxsi məlumatlarını oxumuş olacaq. Ona görə də şəxsi kabinetdəki bütün məlumatları abituriyent və valideynlər özləri yaratmalıdırlar”.

    Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi