Məleykə Abbaszadə jurnalistika ixtisasına qəbul imtahanını yoxlayanlarla görüşüb

Məleykə Abbaszadə jurnalistika ixtisasına qəbul imtahanını yoxlayanlarla görüşüb "Hər bir mütəxəssis seçim mərhələsini uğurla keçdikdən sonra yazı işlərinin yoxlanılması prosesinə cəlb edilib"
Elm və təhsil
6 Fevral , 2015 15:27
Məleykə Abbaszadə jurnalistika ixtisasına qəbul imtahanını yoxlayanlarla görüşüb

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə monitorinq və buraxılış imtahanlarında, həmçinin jurnalistika ixtisasının qəbulda yazı işlərini yoxlayan markerlərlə görüşüb. "Report" xəbər verir ki, görüşdə müəllimlər (markerlər) və KİV nümayəndələri iştirak ediblər. 

TQDK sədri deyib ki, müasir dövrdə həm beynəlxalq miqyasda, həm də müxtəlif ölkələrdə təhsil sahəsində şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirilməsindən geniş istifadə olunur: "Bu, bir tərəfdən şagirdlərin bilik və bacarıqları, təlimin nəticələri haqqında etibarlı məlumat əldə edilməsi, digər tərəfdən isə əldə olunan məlumatlar əsasında təhsil sahəsində müxtəlif istiqamətlərdə müsbət dəyişikliklərə nail olunması baxımından əhəmiyyətlidir".

O qeyd edib ki, yazı işlərinin yoxlanması prosesinə Bakıdan və regionlardan müvafiq sahənin mütəxəssisləri marker qismində dəvət edilib: "Hər bir mütəxəssis kalibrləmə (seçim) mərhələsini uğurla keçdikdən sonra yazı işlərinin yoxlanılması prosesinə cəlb edilib".

Görüşdə sədr seçim mərhələsini uğurla keçmiş markerlərə TQDK tərəfindən hazırlanan V və VI siniflər üzrə "Şagird nailiyyətlərinin qiymətləndirilməsi vəsaiti" hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi