Yuxarı

Məleykə Abbaszadə ixtisas seçimi edəcək şəxslərə müraciət edib

Məleykə Abbaszadə ixtisas seçimi edəcək şəxslərə müraciət edib
İxtisas seçimlərini dəqiq edin
© Elchin Murad / Report — Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

Bakı. 30 iyul. REPORT.AZ/ "Bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq. Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə universitetlərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə elektron əriziləri təsdiq edən abituriyentlərin sayı 91 498 nəfər təşkil edir".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

M.Abbaszadə bildirib ki, həmin şəxslərdən bəziləri V ixtisas qrupuna sənəd verənlərdir və onlar I və IV qrupa imtahan verməyib: "Onlar buraxılış imtahanları nəticəsi əsasında keçiblər. Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. Bakalavriat və orta ixtisas (tam orta təhsil bazası) üçün 8277 nəfər, 2378 nəfər isə kollecə ixtisas seçimi etmək üçün qeydiyyatdan keçib. Abituriyentlər tərəfindən seçilən komissiyaların sayı isə 14 015 təşkil edir".

M.Abbaszadə qeyd edib ki, hər bir şəxsin bir ixtisas kodu dəyişirsə yerləşdirmədə müəyyən problemlər ortaya çıxır: "Kodların seçilməsi prosesi başlayır və yarım saatdan sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin və yenilərini seçəcəyik. Burdan müraciət edərək bildirirəm ki, seçimləri dəqiq edin". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi