Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: "İmtahanların ödənişli olması ilə bağlı Nazirlər Kabinetinin qərarını gözləyirik"

    Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri: Maliyyə Nazirliyinə təqdim olunması üçün sənədlər hazırlanır

    Bakı. 14 dekabr. REPORT.AZ/ "Gələcəkdə ödənişli imtahanlar olarsa, bunun hansı formada keçirilməsi ilə bağlı iqtisadçılar, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının mütəxəssisləri ilə birgə müzakirələr aparılır".

    "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

    Şura sədri bildirib ki, Maliyyə Nazirliyinə təqdim olunması üçün sənədlər hazırlanır: "Təbii ki, bu məsələni hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır. Prezidentin aprel ayındakı müvafiq fərmanında Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Eyni zamanda, imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Ona görə də yekun qərarı gözləyirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi