Məleykə Abbaszadə Göygöldə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Göygöldə vətəndaşları qəbul edəcək Qəbul may ayının 4-də Göygöl rayon Heydər Əliyev Mərkəzində keçiriləcək
Elm və təhsil
26 Aprel , 2016 11:27
Məleykə Abbaszadə Göygöldə vətəndaşları qəbul edəcək

Bakı. 26 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Mərkəzdən "Report"a verilən xəbərə görə, qəbulda Gəncə, Daşkəsən, Samux, Gədəbəy, Göygöl rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul may ayının 4-də, saat 12:00-da Göygöl rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Gəncə regional bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.

Bundan əlavə, Daşkəsən, Samux, Gədəbəy, Göygöl rayon Təhsil Şöbələrində 27 aprel – 03 may 2016-cı il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi