Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: "Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək"

    © Report — Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszad

    Bakı. 17 noyabr. REPORT.AZ/ "Gələn il keçiriləcək qəbul imtahanlarında ciddi dəyişikliklər olacaq, buna görə də 2019-cu il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək".

    "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti " mövzusunda keçirilən konfransda deyib.

    O qeyd edib ki, 2018-ci ilin 10 ay ərzində 641 min 517 iştirakçı imtahanda olub: "18 603 nəfər qabiliyyət imtahanlarında iştirak edib. 48 309 nəfər ictimaiyyət nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2367 nəfər ekspert, marker qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirməyə cəlb olunub. Bu əməkdaşlar və mütəxəssislər hüquq-mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir. Onlar DİM-in əməkdaşları ilə birgə imtahanların həyata keçirilməsinə töhfələrini verirlər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi