Məleykə Abbaszadə: “Dövlət orqanları reyesterin aparılmasında məsuliyyətlərini anlamalıdırlar"

Məleykə Abbaszadə: “Dövlət orqanları reyesterin aparılmasında məsuliyyətlərini anlamalıdırlar" O, dövlət qurumlarının nümayəndələrinə müraciət edib
Elm və təhsil
10 İyul , 2017 11:04
Məleykə Abbaszadə: “Dövlət orqanları reyesterin aparılmasında məsuliyyətlərini anlamalıdırlar
Report

Bakı. 10 iyul. REPORT.AZ/ “Dövlət qulluğu barədə məlumatları reyesterə daxil etməyənlərlə bağlı cəzalar müəyyənləşib, 300 manatdan 600-ə qədər cərimə nəzərdə tutulur. Amma bizim məqsədimiz kiminsə cərimələnməsi deyil, sadəcə, çalışırıq ki, proses qaydasında getsin”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.

O, dövlət qurumlarının nümayəndələrinə müraciət edib: “Onlar başa düşməlidirlər ki, məlumatlar zamanında reyester xidmətində daxil edilməlidir”.

Azərbaycan Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov isə deyib ki, dövlət qurumları yanaşmalarında dəyişiklik etməlidir: “Onlar bilməlidirlər ki, onlara həvalə olunan iş texniki iş deyil. Dövlət orqanlarının məsul şəxsləri anlamalıdırlar ki, yanaşmalarında dəyişiklik olmalıdır. Dövlət orqanlarından xahiş edirik ki, reyesterin aparılmasına ciddi yanaşsınlar”.

Son xəbərlər

Orphus sistemi