Yuxarı
    Bağlamaq

    ​Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzində ixtisarların aparıla biləcəyindən danışıb

    Eyni paralel işi həyata keçirən insanlar ola bilsin, ixtisar edilsin

    Bakı. 24 aprel. REPORT.AZ/ "Bir təşkilat kimi fəaliyyət sferamız artırılıb. İndi fəaliyyətimizlə əlaqədar nanotexnoloji sənədlərin, qanunların və s. dövlət qeydiyyatından keçməsi mərhələsindəyik ki, fəaliyyətə başlayaq" - "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ANS TV"-yə müsahibəsində deyib.

    Məleykə Abbaszadə bildirib ki, bu il keçiriləcək imtahanlarda heç bir yenilik olmayacaq: "Cənab prezidentin də fərmanında da qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər iki təşkilat öz fəaliyyətini, vətəndaşlara göstərdikləri xidməti davam etdirəcək. Bizim yüz minlərlə insana xidmət göstərdiyimizi nəzərə alsaq, imtahan verən şəxslər hansı yeniliklərlə qarşılaşacaqları ilə maraqlanırlar. Bu il onlar üçün heç bir yenilik olmayacaq".

    Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri qeyd edib ki, mərkəz paralel olaraq inteqrasiya proseslərini də başlamalıdır: "Çünki Dövlət İmtahan Mərkəzində yüksək texnologiyalardan istifadə edən iki idarə birləşib. Bizim mərkəz dövlət qeydiyyatından keçəndən sonra hansı departamentlərin qalacağı, hansıların birləşəcəyi məlum olacaq. 

    İşçilər arasında müəyyən ixtisarlar ola bilər. Eyni paralel işi həyata keçirən insanlar ola bilsin, ixtisar edilsin".      

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi