Məleykə Abbaszadə cəbhə xəttində Səyyar Qəbul komissiyalarının yaradılması məsələsinə aydınlıq gətirib

Məleykə Abbaszadə cəbhə xəttində Səyyar Qəbul komissiyalarının yaradılması məsələsinə aydınlıq gətirib Abituriyentlər yaşadığı yerdə öz ərizələrini rayon mərkəzinə getmədən təsdiq etdirə biləcəklər
Elm və təhsil
8 Aprel , 2016 13:58
Məleykə Abbaszadə cəbhə xəttində Səyyar Qəbul komissiyalarının yaradılması məsələsinə aydınlıq gətirib

Beyləqan. 8 aprel. REPORT.AZ/ "Cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrində Səyyar Qəbul Komissiyalarının yaradılması abituriyentlərin yaşadığı yerdə öz ərizələrini rayon mərkəzinə getmədən təsdiq etdirə bilmək imkanı verəcək".

"Report"un məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Beyləqan rayonunda jurnalistlərə açıqlamasında bildirib.

TQDK sədri bildirib ki, Səyyar Qəbul komissiyaları (SQK) Tərtər, Füzuli və Ağdam rayonlarında fəaliyyət göstərəcək: "Aprel ayının 11-dən 15-ə qədər cəbhə xəttinə yaxın yerləşən ərazilərdə Səyyar Qəbul Komissiyaları təşkil olunacaq. Hansı yaşayış məntəqəsi üzrə sənəd verənlərin sayı çox olarsa, həmin ərazilərdə Regional Sənəd Qəbulu komissiyalrının əməkdaşları tərəfindən əlavə SQK-lar yaradılacaq". 

Son xəbərlər

Orphus sistemi