Məleykə Abbaszadə Bərdədə vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Bərdədə vətəndaşları qəbul edib Məleykə Abbaszadə görüş zamanı qeydiyyatdan keçənlərlə yanaşı birbaşa müraciət edən vətəndaşları da dinləyib
Elm və təhsil
8 İyul , 2016 14:05
Məleykə Abbaszadə Bərdədə vətəndaşları qəbul edib

Bakı. 8 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün Bərdə şəhərində vətəndaşları qəbul edib.

Mərkəzdən “Report”a verilən xəbərə görə, qəbulda Ağcabədi, Ağdam və Tərtər rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdə əsasən ali təhsil müəssisələrinin V qrupuna, eləcə də tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarından qeydiyyatdan keçməyən, magistratura pilləsində proqram seçimi və işə qəbulla bağlı müraciət edən, həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlar iştirak edib.

Komissiyanın səlahiyyətlərinə aid olan bəzi müraciətlər yerindəcə həllini tapıb. Digər müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

M.Abbaszadə görüş zamanı qeydiyyatdan keçənlərlə yanaşı birbaşa müraciət edən vətəndaşları da dinləyib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Görüşdə 20-dək vətəndaş iştirak edib.

Son xəbərlər

Orphus sistemi