Məleykə Abbaszadə Bərdədə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Bərdədə vətəndaşları qəbul edəcək Qəbul Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında keçiriləcək
Elm və təhsil
28 İyun , 2016 17:13
Məleykə Abbaszadə Bərdədə vətəndaşları qəbul edəcək

Bakı. 28 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 8-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək.

Mərkəzdən “Report”a verilən xəbərə görə, qəbulda Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Ağcabədi regional bölməsinə (Ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küç., 1) müraciət edə (əlaqə tel.: (021) 275-55-94) bilərlər. 

Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar şənbə, bazar və bayram günləri istisna olmaqla iyunun 28-dən iyulun 7-dək Bərdə, Ağdam və Tərtər rayon Təhsil Şöbələrinə də müraciət edə bilərlər. 

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi