Məleykə Abbaszadə Ağstafada vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Ağstafada vətəndaşları qəbul edəcək Görüşdə Ağstafa, Tovuz, Qazax rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər
Elm və təhsil
13 Oktyabr , 2015 16:46
Məleykə Abbaszadə Ağstafada vətəndaşları qəbul edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə oktyabrın 23-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş keçirəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

Görüşdə Ağstafa, Tovuz, Qazax rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların TQDK internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, görüşə gəlmək istəyənlərin Ağstafa, Tovuz və Qazax rayon təhsil şöbələrində oktyabrın 14-dən 22-dək (saat 10:00-dan 17:00-dək) qeydiyyatı aparılacaq (şənbə, bazar və bayram günləri istisna olmaqla).                                   

Son xəbərlər

Orphus sistemi