Bakı. 10 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-də Ağdaş rayonunda vətəndaşlarla görüş keçirəcək.
DİM-dən "Report"a verilən məlumata görə, görüşdə Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Ağdaş rayonunda qəbul avqustyn 18-də saat 11:00-da Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (
Bundan əlavə, görüş üçün Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon təhsil şöbələrində də avqustun 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.