Məleykə Abbaszadə Ağdaşda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Ağdaşda vətəndaşları qəbul edib DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib
Elm və təhsil
18 Avqust , 2017 16:40
Məleykə Abbaszadə Ağdaşda vətəndaşları qəbul edib
Dim.gov.az

Bakı. 18 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün  Ağdaş rayonunda vətəndaşları qəbul edib. 

DİM-dən "Report"a verilən məlumata görə, qəbulda Ağdaş rayonunun sakinləri ilə yanaşı Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

M.Abbaszadə görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayonun Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə, əsasən, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün aparılan elektron ixtisas seçimi, ixtisas seçimi zaman diqqət yetirilməli olan məsələlər, dövlət qulluğuna qəbul və s. işlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi