Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə ABŞ-da işgüzar səfərdədir

    Tədbirlərdə TQDK-nın müvafiq təcrübəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunur

    Bakı. 11 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və aparıcı məsləhətçi Vəli Hüseynov Brukinqs İnstitutunun Universal Təhsil Mərkəzi tərəfindən ABŞ-ın paytaxtı Vaşinqton şəhərində təşkil olunan Tədqiqat Simpoziumunda iştirak ediblər. Bu barədə "Report"a TQDK-dan məlumat verilib. 

    TQDK sədri həmçinin Vaşinqton şəhərində Müqayisəli və Beynəlxalq Təhsil Cəmiyyətinin (The Comparative and International Education Society) təşkil etdiyi növbəti illik konfransında iştirak edir. Tədbir zamanı təhsildə qiymətləndirmə, müxtəlif ölkələrin ölçmə-qiymətləndirmə təcrübələri ilə bağlı fikir mübadiləsi aparılır, bu istiqamətdə TQDK-nın müvafiq təcrübəsi və gələcək əməkdaşlıq perespektivləri müzakirə olunur.

    Hər iki beynəlxalq tədbirdə TQDK-nın UNESCO-nun Statistika İnstitutu və Brukinqs İnstitutionun Universal Təhsil Mərkəzinin rəhbərlik etdiyi Təhsil göstəriciləri üzrə hədəf qrupuna verdiyi tövsiyələri bir daha vurğulanıb və yüksək qiymətləndirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi