"Məktəblinin dostu" layihəsinin iştirakçıları 3120 münaqişənin qarşısını alıb

"Məktəblinin dostu" layihəsinin iştirakçıları 3120 münaqişənin qarşısını alıb Bakı. 23 fevral. REPORT.AZ/ Bu günə qədər Məktəblinin dost  layihəsinin iştirakçıları 3120 münaqişənin qarşısını alıb .
Elm və təhsil
23 Fevral , 2018 15:30
Məktəblinin dostu layihəsinin iştirakçıları 3120 münaqişənin qarşısını alıb
Report/ Elchin Murad

Bakı. 23 fevral. REPORT.AZ/ "Bu günə qədər "Məktəblinin dost"  layihəsinin iştirakçıları 3120 münaqişənin qarşısını alıb" .

"Report" xəbər verir ki, bunu "Məktəblinin Dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev deyib. 

O bildirib ki, münaqişələrin 152-si müəllimlərlə şagirdlər arasında, 1372-si şagird-şagird arasında olub: "1544 mübahisə olub. 52 kütləvi davanın qarşısı alınıb".

R.Ağayev qeyd edib ki, "Məktəblinin dostu" layihəsinin iştirakçıları 2016-2017-ci ildə müəllimlər tərəfindən şagirdlərə göstərilən 47, 2017-2018-ci ildə 11 mənəvi təzyiqin qarşısını alıb: "Bu illər ərzində həmçinin 95 fiziki təzyiq halının qarşısı alınıb".

Son xəbərlər

Orphus sistemi