Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın təhsil naziri məktəblilərlə bağlı növbəti əmr imzalayıb

    Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib

    Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları”nın təsdiq olunması barədə əmr imzalayıb. Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

    Məlumata görə, əmr Azərbaycan məktəblilərinin 47-ci Beynəlxaq Kimya Olimpiadasında uğurlu çıxışının təmin edilməsi üçün milli komandada təmsil olunacaq namizədlərin seçilməsini mütəşəkkil qaydada aparmaq məqsədilə verilib.

    Əmrdə qeyd olunur ki, məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları təsdiq edilməli, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabeliyində olan ümumtəhsil müəssisələrinin direktorları bu Qaydalardan irəli gələn zəruri tədbirlər həyata keçirilməli, İqtisadiyyat şöbəsi (R.Orucov) seçim turlarının keçirilməsi ilə əlaqədar və digər xərclərin smetasını hazırlayıb təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim edilməlidir.

    Əmrdə həmçinin bildirilir ki, Təşkilat Komitəsinin fəaliyyətinin və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin koordinasiyası nazirin müşaviri H.Əliyevə həvalə edilir, eləcə də İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və nazirliyin internet saytında yerləşdirilməsini təmin etməlidir.

    Qeyd edək ki, əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi