Yuxarı
    Bağlamaq

    Məktəblilərin payız tətili başlayıb

    Tətil 5 gün davam edəcək

    Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gündən 2017-2018-ci dərs ilinin ilk - payız tətili başlayıb. 

    "Report"un məlumatına görə, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.

    Belə ki, 5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər. 

    Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi