Yuxarı

“Məktəblilərin dostu” layihəsinin təbliği məqsədilə Bakının 20 saylı məktəb-liseyində görüş keçirilib

“Məktəblilərin dostu” layihəsinin təbliği məqsədilə Bakının 20 saylı məktəb-liseyində görüş keçirilib
© Report/ Elchin Murad

Bakı. 23 fevral. REPORT.AZ/ “Məktəblilərin dostu” layihəsinin təbliği məqsədi ilə Bakının 20 saylı məktəb-liseyində görüş keçirilib.

“Report” xəbər verir ki, tədbirin məqsədi “Məktəblinin dostu” layihəsinin iş fəaliyyəti ilə tanışlıq olub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ziyalılar, müəllimlər iştirak edib.

Layihənin rəhbəri Rüstəm Ağayev təqdimatla çıxış edərək ötən bir il ərzində görülən işlərin statistik göstəriciləri haqqında məlumat verilib. O bildirib ki, layihə artıq Bakı şəhərinin 32 məktəbində tətbiq edilir: “Layihənin keçirilməsində məqsəd məktəblərdə şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə şagirdlərə ilk tibbi və psixoloji yardım göstərmək, şagirdlərin hərtəfli intellektual inkişafını təmin etmək üçün yardım göstərməkdir. Layihə 2016-cı ilin avqust ayının 10-da başlayıb. Həmin vaxt müarciət edib imtahandan keçən namizədlərin 200 nəfəri təlimlərə cəlb olundu. Təlimləri Fövqəladə Hallar və Səhiyyə nazirliyinin xüsusi əməkdaşları, Bakı Şəhəri üzər Təhsil İdarəsinin işçiləri apardı”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə bildirib ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində müəyyən olunan müvafiq problemlər idarəyə bildirilir: “Bəzi məsələləri “Məktəblinin dostu”, məktəb rəhbərliyi, nazirlik əməkdaşları həll edir. Bəzən elə problemlər aşkar olunur ki, idarə hüquq mühafizə orqanlarına müraciət edir. Aşkarlanan problemlərlə bağlı idarə qabaqlayıcı tədbirlər görür”.

Tədbirdə həmçinin layihənin fəaliyyəti barəsində müəllim heyətinin rəyləri öyrənilib və bu günədək icra olunan işlər barəsində müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi