Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir, eyni zamanda, "Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya" proqramının təqdimatı keçirilib. "Report" xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, digər rəsmi nümayəndələr, müəllimlər və şagirdlər iştirak ediblər.
Firudun Qurbanov bildirib ki, son dövrlərdə insan və təbiət arasında inkişafa xüsusi diqqət yetirilir :"Müasir dövrdə hər bir insanın ekoloji tərbiyəyə böyük ehtiyacı var, xüsusilə gənclərin. Ekoloji şüur ekoloji davranış ilə bağlıdır. Bu proqram Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyi əhatə edəcək. Yeni proqram üçün Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib. Belə tədbirlər gənclərin gələcək inkişafında böyük rol oynayacaq".
Günay Əfəndiyeva deyib ki, şagirdlər mədəniyyətin qoruyucuları və ötürücüləridir: "Bugünkü gənclər çox şanslıdır, çünki onlar müstəqil dövlətdə yaşayırlar".
Rəsmi açılışdan sonra məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyindəki ekspozisiyalarla tanış olublar.
Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Mayın 12-dən 18-dək