Yuxarı

​Məktəblilər multikulturalizmlə bağlı məlumatlandırılıblar

Onlara 31 mart soyqırımı ilə bağlı məlumat verilib

Bakı. 31 mart. REPORT.AZ/Bu gün Xətai rayonunun 249 saylı orta məktəbinin şagirdləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olublar.

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən bildirilib.

BBMM-in icraçı direktoru Azad Məmmədov məktəblilərə Azərbaycan tarixinə qanla yazılan 31 Mart soyqırımı haqqında məlumat verib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin 26 mart, 1998-ci il tarixli sərəncamına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir, dünyanın müxtəlif ölkələrində bu qanlı faciəyə həsr olunmuş tədbirlər, görüşlər keçirilir.

BBMM-in Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə məktəblilərə multikulturalizmin mahiyyəti, Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri ilə bağlı məlumat verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi