Məktəblilər Binəqədidə qazıntı zamanı kərgədan sümükləri aşkarlayıblar

Məktəblilər Binəqədidə qazıntı zamanı kərgədan sümükləri aşkarlayıblar Məktəblilər buz dövründən qalan və 100 min ildən çox yaşı olan paleontoloji ərazidə 3 ay qazıntı aparıblar
Elm və təhsil
26 May , 2016 16:50
Məktəblilər Binəqədidə qazıntı zamanı kərgədan sümükləri aşkarlayıblar

Bakı. 26 may. REPORT.AZ/ Bakı Avropa Liseyinin 11-ci sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin Binəqədi fauna və flora qəbiristanlığında olublar. 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, orada muzeyin əməkdaşları onlar üçün tədqiqat və təcrübə mühiti təşkil ediblər. Məktəblilər buz dövründən qalan və 100 min ildən çox yaşı olan paleontoloji ərazidə 3 ay qazıntı aparıblar. “Sabahın alimləri” müsabiqəsi çərçivəsində həyata keçirilən çöl işləri zamanı gələcəyin tədqiqatçıları kərgədanın qabırğa və bud sümüklərini, quşların kəllə və digər hissələrini, həmçinin yüzlərlə böcəklər aşkarlayıblar. Liseyin fəalları müsabiqədə respublika üzrə 3-cü yerə layiq görülüblər.

Bundan əlavə, muzey may ayında açıq muzey həftəsində 2 700-dən çox şagird, müəllim və valideyn qəbul edib. Abşeron yarmadasında yaşayan ziyarətçilər 50-dən çox məktəbi təmsil ediblər. Məktəblilərə muzeyin kolleksiyası, o cümlədən onurğalı və onurğasız heyvanlar, faydalı qazıntı tapıntıları haqqında geniş məlumat verilib.

Həmçinin, 6 universitetin ümumən 150-dən çox tələbəsi də muzeyi ziyarət edib.

Son xəbərlər

Orphus sistemi