Yuxarı

Məktəblərdəki nöqsanlara görə 1 nəfər işdən çıxarılıb, 7 nəfərə töhmət verilib, 3 müraciət hüquq-mühafizə orqanlarına göndərilib

Məktəblərdəki nöqsanlara görə 1 nəfər işdən çıxarılıb, 7 nəfərə töhmət verilib, 3 müraciət hüquq-mühafizə orqanlarına göndərilib

Bu ilin noyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 23 müraciət daxil olub. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Bakı şəhəri, Şamaxı, Cəlilabad, İsmayıllı, Sabirabad, İmişli, Kəlbəcər, Qobustan, Lənkəran və Biləsuvar rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri üzrə 169, 322, 327 nömrəli tam orta və 3 nömrəli xüsusi təhsil məktəblərində, Sabirabad rayonu Qasımbəyli kənd, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli və Lənkəran rayonu Separadi kənd tam orta məktəblərində təsdiqini tapan hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb.

Fəaliyyətində nöqsanlara yol verən 1 məsul şəxs işdən azad edilib, 7 nəfərə töhmət verilib, 3 müraciətə dair toplanan materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi