Yuxarı
    Bağlamaq

    Orta məktəblərdə məktəbəqədər hazırlıq təşkil olunacaq

    Hazırda mövcud olan məktəbəqədər təhsil müəssisələrinin heç də hamısında məktəbəqədər hazırlıq qrupları yoxdur

    Bakı. 26 yanvar. REPORT.AZ/ "Hazırda mövcud olan məktəbəqədər təhsil müəssisələrinin heç də hamısında məktəbəqədər hazırlıq qrupları yoxdur. Bu da müəyyən şəraitlə əlaqədardır. Ona görə də hazırlıq qruplarının məktəbəqədər müəssisələrlə yanaşı, məktəblərdə də təşkil olunması müsbət amildir". "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında nəzərdə tutulan məktəbəqədər hazırlığın icbari olması məsələsinə aydınlıq gətirərkən deyib.

    Şöbə müdiri əlavə edib ki, ölkə ərazisinin bir çox hissəsində məktəbəqədər hazırlıq müəssisəsinin olmaması nəzərə alınarsa, onda bu işin nə qədər çətin olduğu məlum olur: "Ona görə də doğru yollardan biri məktəbəqədər hazırlığın bilavasitə məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, orta məktəblərdə də təşkilidir. Bu istiqamətdə də işlər görüləcək".

    A.Əhmədov qeyd edib ki, yenilik təhsildə, xüsusilə ümumi təhsildə və ilk dəfə məktəbə qədəm qoyan uşaqlar üçün bərabər şəraitin yaradılmasını nəzərdə tutur: "Bərabər şəraitin yaradılması şagirdlərin eyni bacarıq və səriştə ilə erkən yaşda məktəbə qədəm qoymasından gedir. Məktəbəhazırlıq çox vacib məsələdir. Ona görə də Dövlət Strategiyasında da bu məsələ nəzərdə tutulub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi