Nazir müavini: “Məktəblərdə keçirilən pedaqoji şuraların iclasları bir çox hallarda formal xarakter daşıyır”

Nazir müavini: “Məktəblərdə keçirilən pedaqoji şuraların iclasları bir çox hallarda formal xarakter daşıyır” “Məktəblərdə keçirilən pedaqoji şuraların iclasları bir çox hallarda formal xarakter daşıyır”.
Elm və təhsil
15 Oktyabr , 2019 16:54
Nazir müavini: “Məktəblərdə keçirilən pedaqoji şuraların iclasları bir çox hallarda formal xarakter daşıyır”

“Məktəblərdə keçirilən pedaqoji şuraların iclasları bir çox hallarda formal xarakter daşıyır”.

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, əslində həmin iclaslarda məktəbləri narahat edən çox ciddi məsələlər müzakirə olunmalıdır.

O vurğulayıb ki, heç kim şura iclaslarının ildə 5 dəfə keçirilməsini tələb etmir: “Zərurət yarananda narahatedici məsələlər, yəni qərar qəbul etmək, fikir bildirmək, fikir mübadiləsi aparmaq üçün bir sıra məsələlər Pedaqoji Şuraların müzakirəsinə çıxarılmalıdır. Yaxşı olardı ki, bu il keçirilən şura iclaslarına Təhsil Nazirliyinin nümayəndələri də dəvət edilsin. Şəxsən mən, böyük məmnuniyyətlə, bu iclaslarda iştirak edə bilərəm. Çünki belə iclaslarda ortaya qoyulan təcrübələr bütün ölkə üçün faydalı ola bilər”.

Son xəbərlər

Orphus sistemi