Məktəbin yanan korpusunda təhsil alan şagirdlərin dərsi ikinci növbədə aparılacaq

Məktəbin yanan korpusunda təhsil alan şagirdlərin dərsi ikinci növbədə aparılacaq "Gərginliyin aradan qalxması üçün müəyyən vaxt lazımdır"
Elm və təhsil
23 May , 2016 11:15
Məktəbin yanan korpusunda təhsil alan şagirdlərin dərsi ikinci növbədə aparılacaq

Bakı. 23 may. REPORT.AZ/ "Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə baş verən yanğınla əlaqədar orada təhsil alan şagirdlər arasında müəyyən gərginlik yaşanıb. Təbii ki, gərginliyin aradan qalxması üçün müəyyən vaxt lazımdır". "Report"un əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında hazırda məktəbdə olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, məsələ ilə əlaqədar məktəb rəhbərliyi lazımi tədbirlər görəcək.

İcra Hakimiyyətindəki mənbədən isə "Report"a bildirilib ki, yanan korpusda təhsil alan şagirdlərin dərsi ikinci növbədə aparılacaq.

Xatırladaq ki, yanan korpusda ibtidai sinif şagirdlərinin təhsil almaları üçün 4 sinif otağı olub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün səhər saatlarında məktəbin giriş hissəsindəki otaqlardan birində mebel yanıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır. Şagirdlər dərhal hadisə yerindən təxliyyə olunub. Xəsarət alan yoxdur. 

Son xəbərlər

Orphus sistemi