Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə tanışlıq məqsədilə Bakıdakı məktəblərdən birinə mediatur təşkil edilib

Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə tanışlıq məqsədilə Bakıdakı məktəblərdən birinə mediatur təşkil edilib Hazırda 136 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir
Elm və təhsil
25 Noyabr , 2015 21:07
Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə tanışlıq məqsədilə Bakıdakı məktəblərdən birinə mediatur təşkil edilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı şəhəri 5 nömrəli tam orta məktəbdəki məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün təhsil müəssisəsinə mediatur təşkil edilib. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Mediatur zamanı KİV nümayəndələrinə məlumat verilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq qrupları açılıb. 2015-2016-cı tədris ilindən isə bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırda 136 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.

Noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq qrupları gələn il mayın 31-dək davam edəcək. Həftədə 4 dəfə keçirilən hazırlıq məşğələlərinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabilyyəti, eləcə də kommunikativ, oyun və digər bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.

Son xəbərlər

Orphus sistemi