Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirilmə keçiriləcək

Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirilmə keçiriləcək Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə olacaq
Elm və təhsil
14 Dekabr , 2016 17:56
Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirilmə keçiriləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində dekabrın 18-də Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qiymətləndirmə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və “Allianz MMC” tərəfindən aparılacaq.

Qiymətləndirmənin keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı yararlanmaqdır.

Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək.

Birinci mərhələdə iştirakçılara 110 sual təqdim edilməklə onların informasiya texnologiyaları, peşə-ixtisas, pedaqoji, xarici dil, psixoloji və məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İmtahanın müddəti 120 dəqiqə müəyyən edilib.

İkinci mərhələ isə praktik bacarıqlar tələb edən istiqamətlər üzrə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi