Məktəb icmalarının yaradılması layihəsi təqdim olunub

Məktəb icmalarının yaradılması layihəsi təqdim olunub Layihə çərçivəsində 54 məktəbdə icmaların yaradılmasına dəstək göstərilib
Elm və təhsil
7 Dekabr , 2015 15:28
Məktəb icmalarının yaradılması layihəsi təqdim olunub

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda 60 saylı tam orta məktəbdə məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatı keçirilib. "Report" xəbər verir ki, tədbirdə şagird, valideyn və müəllimlərin birliyindən ibarət icmaların məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradıldığı bildirilib.

Qeyd olunub ki, "Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik" devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

Pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib. Bu məqsədlə hər bir məktəbdə layihənin psixoloqu valideynlər, müəllimlər və uşaqların ilk birgə iclaslarının keçirilməsinə kömək edib.

Məktəb icmalarının sosial şəbəkəsi də yaradılıb və icma üzvləri community.az saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində bu il sentyabr ayından ölkənin 54 ümumtəhsil müəssisəsində məktəb icmaları yaradılıb.

Son xəbərlər

Orphus sistemi