Yuxarı

Meksikada mağaradan 10 min yaşlı insanın qalıqları tapılıb

Qədim insanın ölümünə hansısa fəlakət səbəb olub

Bakı. 20 fevral. REPORT.AZ/ Meksikanın Yukatan yarımadasının böyük sualtı mağara sistemində dalğıclar tərəfindən təqribən 10 min əvvəl yaşamış insanın qalıqları tapılıb.

“Report” xəbər verir ki, bu barədə tədqiqat layihəsinin rəhbəri Gilyermo de Andaya istinadən "El Universal" qəzeti yazıb.

Ekspert hesab edir ki, qədim insanın ölümünə hansısa fəlakət səbəb olub. Skeletin məhz kimə məxsus olduğu hələ məlum deyil, ona görə layihəyə antropoloq da qoşulub.

Mağaranın tədqiqatı zamanı qurbangah və mayalıların ticarət allahı Ek-Çuaxuya həsr olunmuş dini mərasim alətləri də tapılıb.

Tarixçilərin fikrincə, maya tacirləri bu yerdən ziyarət üçün istifadə ediblər. Arxeoloqlar elə oradaca həmin allahın çoxlu sayda keramikadan qalıqlarını və maskasını aşkar ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi