Yuxarı

Meksika səfiri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ilə görüşüb

Tərəflər təhsil sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə dair istəklərini ifadə ediblər

Bakı. 16 fevral. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovla görüş keçirib.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı R.Labardiniyə milli təhsil sistemi, adıçəkilən universitet haqqında ümumi məlumat və onun elektron dərslər sahəsində əldə etdiyi son uğurlardan bəhs olunub.

A.Muradov rəhbərlik etdiyi təhsil ocağının xarici universitetlərlə olan əməkdaşlıq əlaqələrindən danışıb. Meksikanın səfiri isə öz növbəsində ölkəsinin təhsil sisteminə toxunub, Meksika iqtisadiyyatının əsas xüsusiyyətləri və bu gün onun dünyada tutduğu yerdən söhbət açıb.

Tərəflər təhsil sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi