Meksika səfiri Azərbaycan Dillər Universitetində olub

Meksika səfiri Azərbaycan Dillər Universitetində olub Tərəflər hər iki qurum arasında əlaqələrin möhkəmlənməsi və inkişafına dair maraq və istəklərini ifadə etdilər
Elm və təhsil
17 Oktyabr , 2017 20:00
Meksika səfiri Azərbaycan Dillər Universitetində olub
Mexican embassy in Baku

Bakı. 17 oktyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə rektor universitetin fəaliyyəti, strukturu, tədris mexanizmi haqqında ümumi məlumat verib.

Daha sonra K.Abdulla rəhbərlik etdiyi müəssisədə ispan dilinin tədrisinin tarixi, müvafiq kafedranın fəaliyyəti, həmçinin ispan dili və mədəniyyətinə tələbələrin artan marağından söz açıb.

Görüş zamanı səfir R.Labardini səfirliyin fəaliyyətinin müxtəlif aspektlərinə, o cümlədən ali təhsil ocaqları ilə əməkdaşlığa toxunub. 

Səfir qeyd edib ki, bu cür əməkdaşlıq, öz növbəsində, hər iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafına töhfə verir. Bundan başqa, o, tələbələrin marağını nəzərə alaraq Meksika mədəniyyəti, tarixi, ədəbiyyatı, adət-ənənələri, həmçinin mətbəxi və musiqisi barədə daha çox məlumat verə biləcək birgə tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü qeyd etdi.

Tərəflər hər iki qurum arasında əlaqələrin möhkəmlənməsi və inkişafına dair maraq və istəklərini ifadə etdilər.

Son xəbərlər

Orphus sistemi