Yuxarı

Məhkəmə orqanlarında işləmək istəyənlər üçün vakant yerlər təklif olunur

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları sənədlərini avqustun 14-dən sentyabrın 14-dək Komissiyaya təqdim etməlidirlər

Bakı. 13 avqust. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya avqustun 14-də vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə elan edəcək. Bu barədə "Report"a Komissiyadan məlumat verilib.

55 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 693 vakant yerin tutulması üçün müsabiqə, 6 dövlət orqanında isə inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 26 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunacaq.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 595-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 98-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 24-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

"Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları sənədlərini avqustun 14-dən sentyabrın 14-dək Komissiyaya təqdim etməlidirlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları isə sənədlərini avqustun 14-dən sentyabrın 2-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi