Məhəbbət Vəliyeva: "Məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq"

Məhəbbət Vəliyeva: "Məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq" "Ötən tədris ilindən fərqli olaraq bu il məktəbəhazırlıq qruplarına 2012-ci ildə doğulan uşaqların 65 faizi cəlb olunacaq"
Elm və təhsil
29 İyun , 2017 11:20
Məhəbbət Vəliyeva: Məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq
Report.az

Bakı. 29 iyun. REPORT.AZ/ "Ötən tədris ilindən fərqli olaraq bu il məktəbəhazırlıq qruplarına 2012-ci ildə doğulan uşaqların 65 faizi cəlb olunacaq. Ötən tədris ilində bu rəqəm 55 faiz idi. Əlavə olan 10 faizi daha çox Bakı ətrafı qəsəbələrə yönəldəcəyik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, əsas üstünlük təlim göstəricilərinin keyfiyyəti aşağı olan məktəblərə veriləcək: "Son iki ildə birinci sinfə qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Yəqin ki, məktəbəhazırlıq qruplarının da qəbulu həmin sistemə inteqrasiya ediləcək. Bununla bağlı hazırda proqramda müvafiq işlər aparılır. Hesab edirəm ki, tədris ilinin əvvəlində işlər tam yekunlaşacaq".

M.Vəliyeva onu da qeyd edib ki, məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq. 

Son xəbərlər

Orphus sistemi