Məhəbbət Vəliyeva: “Bakı şəhərində qızların təhsildən yayınması halları azalıb”

Məhəbbət Vəliyeva: “Bakı şəhərində qızların təhsildən yayınması halları azalıb” “Bu hallara əsasən Bakı ətrafı qəsəbələrdə rast gəlinir”
Elm və təhsil
10 Mart , 2017 15:03
Məhəbbət Vəliyeva: “Bakı şəhərində qızların təhsildən yayınması halları azalıb”
Report.az

Bakı. 10 mart. REPORT.AZ/ “Bakı şəhərində qızların təhsildən yayınması halları azalıb və buna çox nadir hallarda rast gəlinir”.

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu hallar əsasən Bakı ətrafı qəsəbələrdə müşahidə olunur: “Son dövrlərdə uşaqların təhsilə çox böyük marağı yaranıb. Vaildeynlər övladlarının həm tam orta təhsil, həm də ali təhsil almasına böyük maraq göstərirlər. Amma təəssüf ki, cəmiyyətimizin sürətlə inkişafına baxmayaraq, qeyd olunan problemlərlə az da olsa qarşılaşırıq”.

M.Vəliyevanın sözlərinə görə, idarə qızların təhsildən yayınması məsələsi ilə bağlı aiddiyyatı təşkilatlarla birgə işləyir: “Bizim işimiz məsələni aiddiyyatı qurumların diqqətinə çatdırmaq, maarifləndirmə işləri görməkdir. Qızların təhsildən yayınması, erkən nikah məsələləri ilə aiddiyyatı təşkilatlar da ciddi məşğul olurlar. Yəni yalnız təhsil müəssisələri bu işlə məşğul olmur. Biz aidiyyatı qurumlarla birgə bu məsələləri daim diqqətdə saxlayırıq, qarşısını almağa çalışırıq. İstəyirik ki, problemlər baş verəndən sonra həll etməyək, əvvəlcədən qarşısını alaq”.

Son xəbərlər

Orphus sistemi