Yuxarı
    Bağlamaq

    Media nümayəndələri ADU-da payız imtahan sessiyasının gedişini izləyiblər

    Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin payız imtahan sessiyasının gedişi izlənilib. 

    “Report”un məlumatına görə, imtahan prosesini müşahidə etmək üçün KİV nümayəndələrinin iştirakı ilə universitetə mediatur təşkil olunub. 

    Universitetin Tədris işləri üzrə prorektoru Əfqan Abdullayev KİV təmsilçilərinə imtahan prosesi barədə məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

    Daha sonra imtahan prosesi izlənilib. 

    Qeyd olunub ki, imtahan sessiyası mövcud normativ sənədlərə uyğun təşkil olunub. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakı təmin edilib.

    Mediaturdan sonra media nümayəndələri ADU-nun rektoru Kamal Abdulla ilə görüşüblər. Rektor media nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağını deyib.  

    O, universitetin tədris prosesi və beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media mənsubları ilə universitet arasında əməkdaşlığın mahiyyətindən söz açaraq bu əlaqələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb.

    Qeyd edək ki, imtahan sessiyası əyani şöbədə fevralın 5-dək, qiyabi şöbədə isə fevralın 8-dək davam edəcək. İmtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir. 

    Eyni zamanda ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi